AZ

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Donetsk bölgəsindəki Pokrovsk şəhərini itirmək riski ilə üzləşib.

APA xəbər verir ki, bu barədə UNİAN “ABC News”a istinadən məlumat yayıb.

Oradakı Ukrayna ordusu artıq bir il yarımdan çoxdur ki, Rusiya ordusunun hücumlarının qarşısını alırlar.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan əvvəl Pokrovskda təxminən 60.000 nəfər yaşayırdı. İndi şəhər Kremlin bütün Donetsk bölgəsini ələ keçirmək üçün illərdir davam edən səylərinin əsas hədəfinə çevrilib.

Hələlik Ukrayna şəhərin müdafiəsini əlində saxlayır. Məqalənin müəllifləri qeyd edirlər ki, onun süqutu Kiyevin Müdafiə Qüvvələrinin Rusiyanın Kursk bölgəsindən geri çəkilməyə məcbur edildiyi mart ayından bəri ən ciddi məğlubiyyətlərindən biri ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
3
apa.az

4Mənbələr