AZ

Trampın bəyanatını eşidən şirkət rəhbəri huşunu itirib

Trampın

Arıqlama dərmanları ucuzlaşıb. Bunu ABŞ prezidenti Donald Tramp 6 noyabrda Ağ Evdə “Eli Lilly” və “Novo Nordisk” şirkətləri ilə birgə elan edib.

Reyting.az
“Reuters” agentliyinə istinadla xəbər verir ki, yeni razılaşmaya əsasən, “Medicare” və “Medicaid” proqramlarının iştirakçıları, həmçinin müalicə xərclərini nağd şəkildə ödəyən şəxslər üçün bu dərmanların aylıq qiyməti 149 dollardan başlayacaq. İynə formasında olan preparatlar isə 245 dollara satılacaq.

Prezidentin bu açıqlamasından sonra tədbirdə iştirak edən şəxslərdən biri qəfil huşunu itirib. Telekanallarda yayılan görüntülərdən məlum olub ki, Ağ Evdə huşunu itirən şəxsə ilk yardım göstərən məşhur televiziya aparıcısı Mehmet Oz olub. Hadisə zamanı çıxışını yarımçıq qoyan, lakin yıxılan şəxslə maraqlanmayan və ona yaxınlaşmadan tədbir zalını tərk edən səhiyyə naziri Robert Kennedinin davranışı isə yerli mətbuatda tənqid edilib.

“Daily Mail” yazır ki, tədbirdə huşunu itirən qonaq əslində “Novo Nordisk” şirkətinin icraçı direktoru Qordon Findleydir. Lakin naməlum səbəblərdən şirkət həmin vaxt onun Ağ Evdə olduğunu inkar edib. Şirkətin sözçüləri yerli mediaya bildiriblər ki, həmin gün Findley heç bir tədbirdə iştirak etməyib və onlar halı pisləşən şəxsin kimliyindən məlumatsızdırlar.

Ağ Evin təhlükəsizlik xidmətinə istinadla, adının çəkilməsini istəməyən bəzi etibarlı mənbələr bildiriblər ki, Trampın bəyanatından və səhiyyə naziri Robert Kennedinin çıxışından çox təsirlənən, həyəcanlanan həmin şəxs əvvəlcə üzü solub, rəngi ağarıb, sonra isə yıxılaraq huşunu itirib. Hadisə zamanı onun Qordon Findley olub-olmaması dərhal müəyyən edilə bilməyib.

Nəşr xatırladır ki, Findleyin rəhbərlik etdiyi “Novo Nordisk” şirkəti arıqlama məqsədilə istehsal etdiyi bir çox dərmanlarla məşhurdur. ABŞ-ın tanınmış farmasevtik şirkəti olan “Novo Nordisk” “Ozempic” və “Wegovy” kimi güclü təsirə malik dərmanları ilə minlərlə insanı müştərisinə çevirmişdir.

Oqtay QORÇU
Seçilən
46
reyting.az

1Mənbələr