AZ

The Guardian: Britaniya ordusu Ukraynada əməliyyatlara hazırdır

London rus-ukrayna münaqişəsindən sonra sülhməramlı missiyalarda iştirak planını nəzərdən keçirir...

Poliqon xəbər verir ki, Britaniya ordusu rus-ukrayna müharibəsindən sonra mümkün sülhməramlı əməliyyatlarda iştirak etməyə hazır olduğunu açıqlayıb. The Guardian nəşri hökumətə yaxın mənbələrə istinadən yazır ki, Böyük Britaniya hərbi qüvvələri bu cür əməliyyatlarda, eləcə də “digər bölgələrdə müttəfiqlərlə birlikdə fəaliyyət göstərmək” üçün tam hazırlıqdadır.

Məlumata görə, London bunun üçün bütün hərbi imkanlarını – qırıcı təyyarələrdən piyada bölmələrinə qədər səfərbər etməyi planlaşdırır. Məqalədə qeyd olunur ki, bu açıqlama Britaniya ordusuna ilk “Ajax” tipli zirehli texnikaların təhvil verilməsi fonunda səslənib.

Ölkənin müdafiə nazirinin müavini Lyuk Pollard The Guardian-a bildirib ki, Böyük Britaniyanın əsas missiyası NATO müttəfiqlərinə dəstək vermək və xüsusən də Alyansın şərq cinahının təhlükəsizliyini təmin etməkdir.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr