AZ

ABŞ Müdafiə Nazirliyi: Karibdə narkotik daşıyan kater məhv edildi

BAKI, 7 noyabr. TELEQRAF

ABŞ qüvvələri Karib dənizinin beynəlxalq sularında narkotik daşımaqda şübhəli bilinən daha bir kateri vurub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset "X" platformasında yazıb.

Onun sözlərinə görə, gəmidə üç “narkoterrorçu” olub və zərbənin nəticəsində onlar öldürülüb.

Heqset əlavə edib ki, ABŞ belə zərbələri davam etdirəcək.

CNN-in hesablamalarına görə, son aylarda ABŞ hərbi qüvvələri narkotiklərlə mübarizə adı altında ən azı 18 kiçik gəmini vurub, bu əməliyyatlarda təxminən 70 nəfərin həlak olduğu bildirilir.

Seçilən
53
teleqraf.com

1Mənbələr