
Noyabrın 22-də Polşada pilot proqram başlayacaq və bu zaman vətəndaşlar əsas təhlükəsizlik, sağ qalma, ilk yardım və kibertəhlükəsizlik kurslarına yazıla biləcəklər.
Reyting.az xəbər verir ki, bu barədə Polşanın dövlət televiziyası “TVP World” məlumat yayıb.
Polşada başladılan könüllü hərbi təlim proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər təxminən 400 000 nəfərin təlim keçməsi planlaşdırılır.
Onu da qeyd edək ki, hökumət bu ayın sonunadək hər bir vətəndaşa böhran vəziyyətlərində necə davranmağı öyrənməyə imkan verəcək yeni könüllü hərbi təlim proqramının başladığını elan edib.
V. QULİYEV