AZ

QHT-lər və “Qərbi Azərbaycana qayıdış”

Noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə keçirilib.

Toplantının moderatoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov bildirib ki, AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycan QHT-ləri qarşısında da yeni çağırışlar və vəzifələr müəyyənləşdirir. “Azərbaycan QHT-ləri Qərbi Azərbaycan mövzusu istiqamətində fəaliyyətini daha da gücləndirməlidir. Azərbaycanlıların indiki Ermənistana sülh şəraitində dinc yolla qayıdışı təməl insan hüquqları məsələsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”, - deyə o əlavə edib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin getdikcə yüksəldiyini açıqlayaraq deyib: “Əgər 2022-ci ildə bu istiqamət üzrə Agentlik xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. Bu, rekord göstəricidir”.

Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova, "Çapar-Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri Dilqəm Əhməd çıxış edərək müzakirə olunan mövzunun müxtəlif aspektləri barədə fikirlərini bölüşüblər.

XQ

Seçilən
19
xalqqazeti.az

1Mənbələr