AZ

HOROVLUYA QAYIDIŞ BİZİM HƏYATIMIZI DƏYİŞDİ

Məcburi köçkünlük dövründə öz yurd-yuvasından didərgin düşmüş bir milyona yaxın insanın hansı əzab-əziyyət  çəkdiyini  bir onlar, bir də Allah bilir.  Amma onlar nə Allahdan, nə də ölkə prezidentindən ümidlərini üzməmişdilər və bilirdilər ki, nə vaxtsa öz doğma  yurd-yuvalarına dönəcəklər.1993-cü il avqustun  23-də Füzuli və Cəbrayıl rayonları erməni ordusu tərəfindən işğal  olundu. Bax, onda Cəbrayılın sakinləri də öz dədə-baba yurdlarından çıxmağa məcbur oldular. Gücləri çatanlar Horadiz-Füzuli yolu ilə hərəkət edib İmişliyə, Saatlıya və Sabirabada gəldilər. Təbii ki, o ağır, o çətin gündə insanlara Azərbaycan dövləti öz köməkliyini  göstərdi. Yəni yurd-yuvalarından didərgin düşmüş cəbrayıllılarla yanaşı, digər rayonlardan olan  məcburi köçkünlər də bir neçə həftənin  içində İmişli, Sabirabad, Şirvan və digər  yaşayış məntəqələrində yerləşdirildilər. Üstəlik də yerli əhali onları çox böyük sevgiylə, doğmalıqla qarşıladı. 

Əlbəttə, 30 ildən çox el-obadan ayrı düşmək, çətin vəziyyətdə yaşamaq elə də asan deyildi. Çünki yaşlı, xəstə insanlar əzab-əziyyətə dözmür, ya ağırlaşır, ya da dünyalarını dəyişirdilər. Amma bayaq dediyimiz kimi, bəzən yaşlı nəslin arasında da çox iradəsi möhkəm olan adamlar vardı. Məsələn, Cəbrayıldan olan Nəsib Babayev deyirdi ki, yaşımın bu çağında olmağıma baxmayaraq, mən qərib yerdə deyil, öz Vətənimdə öləcəm. Oranı gedib görüb, sonra rəhmətə gedəcəyəm.

Aydındır ki, inamlı və güclü insanlar hər cür çətinliyə, hər cür sıxıntıya və hər cür problemə qalib gəlməyi bacarır. Sadəcə bunun  üçün insanda fil səbri və bir də özünə inam olmalıdır. 

2020-ci ildə 44 günlük İkinci  Qarabağ savaşından sonra böyük qələbəmiz imkan verdi ki, yenidən tikilmiş, inşa edilmiş rayonlarımıza köç getsin. Əlbəttə, bunu etmək üçün ölkə prezidenti cənab İlham Əliyev çox böyük işlər həyata keçirdi. Ərazi bütövlüyümüzü təmin etdirdi və işğaldan azad olunan bütün rayonlarda yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları, infrastruktur və hər cür şəraiti olan müasir tipli binalar inşa  olundu.  Heç şübhəsiz, dövlətimizin bu cür böyük addımı və insanpərvərliyi yurd-yuvasından didərgin düşmüş insanların yaddaşından heç vaxt silinməyəcək. Qısa müddətdə  Zəngilanın Ağalı kəndində ən müasir tipli və bütün infrastrukturu olan ağıllı kənd salındı. Sonra Füzulidə, Ağdamda, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında unikal və qeyri-adi bir  yaşayış məntəqələri inşa edildi və əhalinin, daha doğrusu, məcburi köçkünlərin  istifadəsinə verildi. 
Bir neçə gün  bundan əvvəl isə Cənab prezident İlham Əliyevin iştirak etdiyi Cəbrayıl rayonunun Horovlu kəndinə də böyük bir köç qayıdıb. Cənab prezident həmin insanlarla çox səmimi  söhbət edib və mənzillərinin açarlarını onlara təqdim edib. Zarafat deyil,  həmin kəndin sakinləri  bu günü 30 ildən çox gözləyiblər. Axı yazımızın əvvəlində qeyd etdik ki, onlar göydə Allaha, yerdə Ulu Öndər Heydər Əliyevə və prezident  Ä°lham Əliyevə  ümid bağlamışdılar. Bu ümidlər Zəngilanda, Füzulidə, Laçında, Cəbrayılda, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Şuşada, Xocalıda, Xocavənddə çiçəklədi. Bu ümidlər insanları yenidən doğma elinə, obasına, yoluna, cığırına və ulu babalarının qəbirlərinə qovuşdurdu. 

Biz  Cəbrayıl rayonunun Horovlu kəndində  mənzil almış bir neçə sakinlə  görüşüb söhbət etdik. İnanın, onların evində, həyətində və çöhrələrində sanki bir günəş doğmuşdu. Bu günəş qəriblikdə də vardı, amma vətəndə doğan günəş, vətəndə olan hərarət heç vaxt onları elə isitməmişdi. Hətta ən dərdli adam, yəni Qarabağ savaşında oğlunu, həyat yoldaşını, doğmasını itirmiş insan  sevincini heç cürə gizlədə bilmirdi. Onlar deyirdilər ki,  bizi bura Azərbaycan prezidenti İlham Əliyev və Ordumuz gətirib. Bizi bura şəhidlərimizin, qazilərimizin torpağa axan qanı gətirib. Ona görə də bu yer, bu torpaq  bizim  üçün müqəddəsdir. 

Horovlu kəndində yeni mənzil alan Şakir Yusifov deyir ki, ömrümdə indiki kimi sevinməmişdim.  Ævvəllər də sevinmişəm, amma kəndimizə gəlib evimizin açarını alanda elə bil ki, dünyanı bizə verdilər. O açarı da bizə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev təqdim etdi. Ömrümüzün ən yaddan çıxmaz qızıl tarixidir desək, yanılmarıq. Bu qızıl tarixi bizə bəxş edən yenə dönə-dönə deyirəm, Cənab prezident  Ä°lham Əliyevdir. Övladlarım, nəvələrim də yanımdadırlar. Verilən mənzil çox yüksək səviyyədə inşa edilib və hər cür standarta uyğundur. Əvvəllər deyirdim ki, heç mənə ev-eşik də lazım deyil, torpağımız işğaldan azad olunsun, gedib çadır qurub yaşayaram. Amma indi şükür Allaha, üçotaqlı və hər bir şəraiti olan mənzilimiz var. 
Nəzirə Məmmədova da sevincini gizlədə bilmir. O da deyir  ki, doğma kəndimizə qayıtdığıma görə özümü dünyanın ən xoşbəxt insanı sayıram. Əlbəttə, kəndimizdə hər cür  ÅŸÉ™rait yaradılıb. Bütün infrastruktur qurulub, xətsəxana, məktəb, uşaq bağçası, yaraşıqlı yollar və abadlıq. Bütün bunlar bizim  üçün yaradılıb, bizim üçün təşkil edilib. Hara baxıram, cənnətə oxşayır. Vallah, dünyada  bizim kənddən gözəl yer yoxdur.  Bu mənim üçün belədir ey, bəlkə də gözəl kəndlər çoxdur, amma bizim  Horovlu kəndi daha gözəldir. Kəndə gələndə and içmişdim ki, torpağından öpəcəm. Dizimi yerə qoydum, üzümü daşa-torpağa sürtdüm və sonra da  öpdüm. Torpaqdan cənnət ətri gəlirdi. Çünki bu torpağa şəhidlərin qanı tökülüb. 

Cəbrayılda bir kənd də ən müasir üslubda beləcə inşa edilərək insanların istifadəsinə verildi. Neçə-neçə məcburi köçkün sevindi, neçə-neçə evdə işıq yandı və neçə evin suyu, bərəkəti oldu. Bu evlərdə, daha doğrusu, Horovlu kəndində insanlar indən sonra özlərini daha rahat hiss edəcək, doğma yurdda yaşayıb yaradacaq və firavan həyat sürəcəkdir. Bütün horovlular bir ağızdan deyirlər: «Bütün bu şəraitə görə bir daha Ali Baş Komandan, Cənab prezident İlham Əliyevə, Azərbaycan  Ordusuna, şəhidlərimizə və qazilərimizə minnətdarıq!»
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Seçilən
64
adalet.az

1Mənbələr