AZ

Azərbaycanda tikinti şirkətləri keçən il 3.52 mlrd. manat ümumi mənfəət əldə edib

2024-cü ildə tikinti sektorunda fəaliyyət göstərən müəssisə və təşkilatların ümumi mənfəəti 3 milyard 519,6 milyon manat təşkil edib. Halbuki, bu, 2023-cü ildə  3 milyard 61,6 milyon manat təşkil etmişdi.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  tikinti şirkətlərinin ümumi gəlirlər 2023-cü illə müqayisədə 13,8% artaraq 18 milyard 356,9 milyon manata yüksəlib. Əməliyyat gəlirləri 18 milyard 339,9 milyon manat olub ki, bu da əvvəlki ilin 16 milyard 114,9 milyon manat göstəricisindən 2 milyard 225 milyon manat və ya 13,8% çoxdur. Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 20% artaraq 15 milyard 52,3 milyon manatdan 18 milyard 18,1 milyon manata çatıb. Bununla belə, sair əməliyyat gəlirləri kəskin azalaraq 1 milyard 62,6 milyon manatdan 321,8 milyon manata düşüb.

Aktivlərin həcmi 2024-cü ilin sonuna 31 milyard 848,8 milyon manat olub ki, bu da 2023-cü ilin sonundakı 29 milyard 953,1 milyon manata nisbətən 6,3% çoxdur. Uzunmüddətli aktivlər 16 milyard 513 milyon manatdan 16 milyard 063 milyon manata enərək 2,7% azalıb. Bununla yanaşı, torpaq, tikili və avadanlıqların dəyəri 1,2 milyard manat və ya 9,6% artaraq 13 milyard 608,8 milyon manata çatıb. Əksinə, qeyri-maddi aktivlər və uzunmüddətli debitor borcları azalma göstərib. Qısamüddətli aktivlərdə isə 17,4% artım qeydə alınıb – bu göstərici 13,4 milyard manatdan 15,8 milyard manata yüksəlib.

Kapital 2024-cü ildə 7% artaraq 19 milyard 330,8 milyon manat təşkil edib. Bölüşdürülməmiş mənfəət 3 milyard 250 milyon manatdan 3 milyard 791,2 milyon manata yüksəlib. Kapital ehtiyatları da 11,3 milyard manatdan 12,1 milyard manata qədər artıb. Bununla yanaşı, ödənilmiş nizamnamə kapitalı bir qədər azalıb.

Ümumi öhdəliklərin həcmi 2024-cü ilin sonuna 12 milyard 517,9 milyon manat olub ki, bu da illik 6,5% artım deməkdir. Uzunmüddətli öhdəliklər 3,1 milyard manatdan 3,65 milyard manata, qısamüddətli öhdəliklər isə 8,75 milyard manatdan 8,86 milyard manata yüksəlib.

Seçilən
45
banker.az

1Mənbələr