Bu gün Misli Premyer Liqasında 11-ci tur start götürəcək.
"Yeni Sabah" xəbər verir ki, bu tur Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanacaq.
"Zəfər turu"nun ilk oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə 8-ci yerdəki "İmişli" 9-cu pillədəki "Şamaxı"nın qonağı olacaq. Görüş saat 13:44-də başlayacaq.
Digər matçda 5-ci sıradakı "Sumqayıt" səfərdə 10-cu yerdəki "Qəbələ" ilə qarşılaşacaq. Bu oyun isə saat 16:44-də start götürəcək.
Turun digər görüşləri noyabrın 8 və 9-də keçiriləcək.
Telegram kanalımız