AZ

Fransa millisinin sabiq futbolçusu karyerasını bitirdi

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Fransa millisinin keçmiş müdafiəçisi Leo Dubois peşəkar karyerasını bitirdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun son klubu yayda ayrıldığı Türkiyənin "Eyüpspor" klubu olub. Müdafiəçi karyerası ərzində "Qalatasaray", "İstanbul BB", "Lion" və "Nant"ın formasını geyinib.

Qeyd edək ki, Dubua Fransa millisində 13 oyun keçirib və 2021-ci il Millətlər Liqasının qalibi olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
sport24.az

1Mənbələr