Misli Premyer Liqasında XI tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, günün ikinci oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edəcək.
"Sumqayıt" ötən tur "Araz-Naxçıvan"ı məğlub edərək 5-ci yerə yüksəlib. Onların aktivində 17 xal var.
"Qəbələ" isə 5 xalla 10-cudur. Onlara qələbə hava-su kimi lazımdır.
Misli Premyer Liqası, XI tur
6 noyabr (cümə)
16:44. "Qəbələ" - "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.