Pentaqon rəhbəri Pit Heqset Karib dənizinin beynəlxalq sularında narkotik daşımaq üçün istifadə olunan katerin Amerika qüvvələri tərəfindən məhv edildiyini bildirib. P. Heqset bu barədə "X" sosial şəbəkəsində bildirib. Məlumata görə, katerdə üç nəfər olub, onlar narkotik daşıyıblar. Zərbə nəticəsində hər üçü həlak olub.
"Daha əvvəl də qeyd etdiyimiz kimi, narkotik terrorçularının gəmilərinə hücumlar amerikalıları zəhərləməyi dayandırana qədər davam edəcək. Ölkəmizi təhdid edən bütün narko-terrorçulara: Əgər sağ qalmaq istəyirsinizsə, narkotik ticarətini dayandırın. Əgər təhlükəli narkotik alverinə davam etsəniz, sizi öldürəcəyik", - Pentaqon rəhbəri əlavə edib.
Mətləb