AZ

Qəddafinin oğlu azadlığa buraxıldı


Liviya Milli Birlik Hökuməti noyabrın 6-da 2015-ci ildə Beyrutda həbs edilmiş Liviya lideri (1969-2011) Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin azad edildiyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Lebanon 24” portalı məlumat yayıb.
“Livan hakimiyyəti Liviyanın mərhum lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafini həbsdən azad edib və onun ölkədən çıxışına qoyulan qadağanı ləğv edib”, - bildirilib.
Məlumatda həmçinin bildirilib ki, Livan məhkəməsi Hannibal Qəddafini əvvəllər təyin edilmiş 11 milyon dollarlıq girovu ödəməkdən azad edib.
Digər tərəfdən, Hannibal Qəddafinin işinə sədrlik edən hakim onun girovunu 11 milyon dollardan 900 min dollara endirmək qərarına gəlib. Bu barədə “Asharq al Awsat” qəzeti məhkəmədəki mənbələrinə istinadla məlumat verib.
Qeyd edək ki, Müəmmər Qəddafinin 50 yaşlı oğlu 2015-ci ildə siyasi mühacirətdə yaşadığı qonşu Suriyada “Amal” hərəkatının silahlıları tərəfindən oğurlanıb və daha sonra Livanın hüquq-mühafizə orqanlarına təhvil verilib.
Seçilən
41
5
yeniavaz.com

6Mənbələr