AZ

802 qaynar xətti bayram günlərində də vətəndaşlara xidmət göstərəcək

Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə 8–9 noyabr tarixlərində bayram günləri ərzində də 802 qaynar xətti “WhatsApp” üzərindən fəaliyyətini davam etdirəcək. Bu barədə SİA-ya dövlət komissiyasından məlumat verilib

Vətəndaşlar rəsmi “WhatsApp” nömrəsi (055) 600 08 02 vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.

Seçilən
13
4
sia.az

5Mənbələr