AZ

Bu hücumçuya cərimə meydançasına daxil olmaq qadağası qoyulsun!

Sirr deyil ki, Premyer Liqanın 12 iştirakçısı arasında ən yoxsulu «Şamaxı»dır.

Bu «Şamaxı»nın ən ödənişli futbolçusu Kerim Rossidir.

İsveçrəli hücumçu loqosnda şir olan klubdan hər ay 5000 dollar əməkhaqqı alır.

Bəndəniz bu tribunadan istifadə edib, Ayxan Abbasova həm səslənmək, həm də təklif vermək istəyirəm.

Soruşmayın ki, təklif nədən ibarətdir. Özüm söhbəti uzatmadan birbaşa mətləbə keçəcəm.

Ayxan müəllimə təklifim budur ki, bu Rossiyə oyun vaxtı cərimə meydançasına daxil olmağı qadağan eləsin. Guya girdi, nə olacaq, girmədi, nə olacaq?

O boyda boyu var, rəqibin cərimə meydançası daxilində heç nə edə bilmir. Beş-altı metrdən topu qapının üstünə vurur. A

bbasov Rossidən ən yaxşı halda cərimə meydançasından kənarda, qapıya 25-30 metr qalmış istifadə edə bilər. İmkan versələr, o məsafədən «çərçivə» istiqamətinə yaxşı zərbələri var.

Di gəl, cərimə meydançasına daxil oldusa, özünü itirir, topa nə vaxt və necə zərbə endirəcəyini unudur. İşdir, Rossi karıxıb bir də rəqbin qapısı ağzında görünsə, Abbasov onu mütləq cərimələməlidir.

Birkərəmlik «zapret» qoymalıdır və böyük məbləğdə cərimə kəsməlidir ki, həmin bu Rossi bir də çaşıb oralara gedib çıxmasın.

«Şamaxı» Tovuzda qazonu dəyişmiş meydançada oynadı.

Sahə 5-10 dəqiqənin içində çevrildi: əvvəl kənardan xalçaya oxşayan qazon yavaş-yavaş Düz Qırıxlı kəndinin bostanlığına döndü. Dondar Quşçunun həyətyanı əkin sahələri bu meydançadan daha səliqəlidir.

Nə isə, Kurban Berdiyev start «11-liy»inə bir yerli futbolçu daxil etmədən Tovuza 161 gündən sonrakı qayıdışı 3 xalla «yudu».

«Turan» stadionu doldurmuş azarkeşlərinə gözəl futbol izlətmədən istəyinə çatdı. «Şamaxı» qısa müddətdə kotan ağzından çıxmış sahəyə dönən meydanda 60-65 dəqiqə necə lazımdır döyüşdü.

Sifəti qaçmış qazon qonaqları yordu, yoxsa Berdiyev «vur qabağa»dan ibarət köhnə tərziylə onlar üzərində qələbəyə sevinə bilməyəcəkdi.

Balau bu vəziyyətdə «Turan»ın müdafiəçilərinə çətin anlar yaşatdı yenə, amma Rossi… Komanda yoldaşlarının bütün əziyyətini vurdu yerə.

ELNUR

Seçilən
17
sportinfo.az

1Mənbələr