AZ

Baş memarın növbəti özbaşınalığı – VİDEO

Nəsimi rayonu ərazisində yerləşən 5 mərtəbəli yaşayış binasının sakinləri son günlər ciddi narahatlıq içindədirlər.

NOCOMMENT.az xəbər verir ki, sakinlərin bildirdiyinə görə, binanın zirzəmisində memar Ələsgər və makler Ədalət adlı şəxslər tərəfindən müxtəlif tikinti və təmir işləri aparılır.

Sakinlər iddia edirlər ki, bu işlər qanunsuz aparılır və binanın konstruksiyasına, həmçinin təhlükəsizliyinə zərər vurma ehimalı mövcüddur. Eyni zamanda,səs-küy və toz-torpaq problemi yaranması əhalinin narazılığına səbəb olub.

“Bir neçə gündür zirzəmidə qazma, betonlama səsləri eşidilir.Uşaqlar qorxur, yaşlılar narahat olur. Bizə isə heç bir məlumat verilmir,” – deyə bina sakinlərindən biri “Araz İnformasiya”ya bildirib.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə və Fövqəldə Hallar Nazirliyinə məlumat verildiyi, hazırda araşdırma aparıldığı bildirilir.

Sakinlər aidiyyatı qurumlardan xahiş edirlər ki, binanın təhlükəsizliyi təmin edilsin və qanunsuz işlərin qarşısı dərhal alınsın.

 

Seçilən
7
1
nocomment.az

2Mənbələr