AZ

Azərbaycan Premyer Liqasında "Zəfər turu"na bu gün start veriləcək

Misli Premyer Liqasında XI tura bu gün start veriləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, "Zəfər turu"nun açılış oyununda "Şamaxı" "İmişli"ni qəbul edəcək.

Qarşılaşma saat 13:44-də start götürəcək. Meydan sahibləri 10 xalla doqquzuncu, qonaqlar 12 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Qəbələ" "Sumqayıt"la üz-üzə gələcək. Bu görüş saat 16:44-də başlayacaq. "Qırmızı-qaralar" beş xalla onuncu, "gənclik şəhəri" təmsilçisi 17 xalla beşincidir.

Misli Premyer Liqası

XI tur

7 noyabr (cümə)

13:44. "Şamaxı" – "İmişli"

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı şəhər stadionu

16:44. "Qəbələ" – "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Seçilən
23
10
far.az

10Mənbələr