AZ

Səidə Dadaşovadan AÇIQLAMA: “Mən təkəm, onlar atamın sağlığında....” - FOTO+ÖZƏL

“Bizim çörəyimiz el şənliklərindən çıxır. Elə mahnılar var ki, tələbat bu gün onlaradır. Çalışırıq ki, həm efirdə, həm də toyda oxunan mahnıları el şənliklərində ifa edək. Xalqın istəyi də burada rol oynayır. Ev sahibi elə mahnı sifariş verir ki, onu oxumaya bilməzsən. Əlbəttə ki, məni toylarına dəvət edən hər kəs bilir ki, mənim repertuarım nədir və məndən də ancaq o tərzdə mahnılar istənilir”.
 
Bunu Moderator.az-a açıqlamasında müğənni Səidə Dadaşova bildirib.
 
O atası, xalq artisti Rafael Dadaşovdan danışarkən bir məqamı xüsusi vurğulayır:
“Mən uşaq yaşlarımdan efirdəyəm. Atamın adı üstümdə bir marka olsa da, öz sənətimlə ucalmışam. Atam mənim istedadımı bilirdi, görürdü. Ona görə də kənara çəkildi. Hər dəfə də deyirdi ki, “bu sənəti seçirsənsə bilməlisən ki, burada yollar elə də asan deyil”. Çünki özünə zamanında o qədər çətinliklər yaratmışdılar ki. Qorxurdu mənim üçün. Hətta atam məndə aktrisalıq qabiliyyətini də aşkarlamışıdı. Zarafatca deyirdi ki, “sən teatrda işləsən deyəcəklər ki, Rafael qızını gətirib işə düzəltdi”. Atam bütün bunları gözləyirdi. Həmişə deyirdi ki, “mən öləndən sonra haqqıma ancaq Səidə danışa bilər”. Çünki atam məni, mən də onu tamamlayırdım” deyə müğənni bildirib.
 
Səidə Dadaşova bildirib ki, atası haqda reallaşmayan arzuları var:
 
“Atamla bir çox layihələrimiz var idi. Onunla birlikdə olmalı idi bu layihələr. Onsuz istəmirəm ki, həyata keçirim. Onun şeirlərindən ibarət kitab dərc olunmasını istərdim. Mən təkəm, onlar atamın sağlığında olmalı idi. Tək əldən səs çıxmır. Bir neçə dəfə müraciət etdim. Gördüm ki, cavab yoxdur. Ev muzeyi də istərdim. Allah mənə ömür versin və güc toplayım bunları edim. İnsanın niyyəti nədirsə, mənzili də odur” deyə müğənni bildirib.
Seçilən
31
1
moderator.az

2Mənbələr