Azərbaycan Mərkəzi Bankı “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə tibbi sığorta xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 870 938 AZN təşkil edir.
Məlumata görə, ümumilikdə 957 nəfər əməkdaş üçün standart paket (minimum 5000 manat) və 19 nəfər üçün VIP paket (minimum 10000 manat) üzrə tibbi sığorta təmin ediləcək.
Bundan əlavə, 654 nəfər əməkdaşın ailə üzvləri üçün standart paket, eləcə də 19 nəfərlik ailə üzvləri üçün VIP sığorta xidməti təqdim olunacaq.