AZ

Aİ-də narahatlıq: Rusiyanın aktivləri ilə bağlı qərar Kiyev üçün çox gec ola bilər- ÖZƏL

Avropa İttifaqı Rusiya aktivlərinin müsadirə olunması ilə bağlı qərarın qəbulunda gecikmənin Ukraynanın maliyyə durumunu daha da ağırlaşdıracağından narahatdır. Olaylar.az xəbər verir ki, Politico nəşri anonim mənbələrə istinadən bildirir ki, prosesin uzanması Kiyevin aprelin 2026-cı ilədək lazım olan maliyyəni ala bilməməsi ilə nəticələnə bilər. Məlumata görə, bu gün Belçika hökumətinin nümayəndələri ilə Avropa Komissiyası arasında məsələ ilə bağlı görüş keçiriləcək. Belçika oktyabr sammitində dondurulmuş Rusiya aktivlərinin müsadirəsi hesabına Kiyevə "reparasiya kreditləri" verilməsi təklifini bloklamışdı. Aİ rəsmiləri Brüsseli mövqeyini yumşaltmağa razı salmağa çalışır. Əgər Belçika etirazlarını geri götürsə, Avropa Komissiyası müvafiq hüquqi mexanizmin hazırlanmasına başlayacaq. Politico yazır ki, bu prosesə Avropa Parlamenti də qoşula bilər ki, bu da qərarın qəbulunu daha da uzada bilər. Mənbələrin sözlərinə görə, bu gecikmə Komissiyanın 2026-cı ilin aprelindən əvvəl 140 milyard avroluq paket əldə etməsi planlarını risk altına qoyur. Məsələni çətinləşdirən digər faktor isə odur ki, Ukraynaya Beynəlxalq Valyuta Fondu xətti ilə ayrılan maliyyə vəsaiti də Aİ-nin "reparasiya kreditləri" ilə bağlı qərarından asılıdır. Bu barədə Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis açıqlama verib və Ukraynaya "ara həll" kimi əlavə maliyyə dəstəyinin lazım ola biləcəyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
71
olaylar.az

1Mənbələr