AZ

FİFA “İlin ən yaxşı futbolçusu” mükafatına namizədləri açıqladı –SİYAHI

FİFA 2025-ci il üçün “İlin ən yaxşı futbolçusu” mükafatına namizədlərin siyahısını açıqlayıb.

AzPost bildirir ki, bu barədə federasiyanın rəsmi mətbuat açıqlamasında məlumat verilib.

Namizədlər siyahısına on bir oyunçu daxil edilib: Usman Dembele, Aşraf Hakimi, Nuno Mendeş və Vitinya (hamısı Paris Sen-Jermen klubunu təmsil edir), Harri Keyn (Bayern Münhen, Almaniya), Kilian Mbappe (Real Madrid, İspaniya), Koul Palmer (Çelsi, İngiltərə), Pedri, Rafinya və Lamin Yamal (hamısı İspaniyanın “Barselona” klubundan) və Məhəmməd Salah (Liverpul, İngiltərə).

Keçən il mükafatı “Real Madrid”in hücumçusu Vinisius Junior qazanıb.

AzPost.az

Seçilən
24
azpost.info

1Mənbələr