AZ

Çingiz Mustafayevi sevirdim

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

"Uşaq vaxtı Çingiz Mustafayevi sevirdim. Bizim vaxtımızda jurnalist olmaq mümkünsüz idi. Ən çətini bu fakültəyə qəbul olmaq idi".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri "Xəzər axşamı" verilişində deyib. Sənətçi uşaqlıq arzusundan danışıb. O bildirib ki, jurnalist olmaq istəyib. 

Valideynlərindən danışan Nura Vətən müharibəsi ərəfəsində onların xəstəxanada olmasından danışıb. O bildirib ki, atası Xanlar Səttarov və anası Firəngiz Səttarova həmin vaxt koronavirusa yoluxub və xəstəxanada ağır vəziyyətdə olub:

"Atamın qanında virus çıxmırdı, ona görə xəstəxanalar qəbul etmirdi. Çox ağır vəziyyətdə idi. Komaya düşmüşdü. O dünyadan qayıtdı".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
4
axsam.az

5Mənbələr