Yeni qatarlar tələblərə uyğun istehsal olunub. Bu qatarlarda yeniliklər ondan ibarətdir ki, bu qatarların idarəetmə hissəsi daha müasirləşib.
Teleqraf xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC -nin Depolar üzrə iş Departamentinin baş mühəndisi Aydın Bəkirov jurnalistlərə açıqlamasında bildirib.
Qatarların displeyində olan proqram təminatı daha yeni proqram təminatıdır. Bu da yaranmış nasazlıqları operativ şəkildə aradan qaldırılmasını təmin edir.