AZ

Polşa və Rumıniya Rusiya dronlarına qarşı yeni süni intellekt əsaslı müdafiə xətti qurur

BAKI, 7 noyabr. TELEQRAF

Polşa və Rumıniya Rusiya pilotsuz uçuş aparatlarının qarşısının alınması üçün ABŞ tərəfindən hazırlanmış və artıq Ukraynada sınaqdan keçirilmiş “Merops” hava müdafiə sistemlərinin yerləşdirilməsinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, “Merops” sistemi orta ölçülü pikap avtomobilinin yük hissəsinə yerləşdirilə bilən kompakt komplekslərdən ibarətdir. Sistem pilotsuz uçuş aparatlarını aşkarlayıb məhv etmək imkanına malikdir. Eyni zamanda, peyk və radio-elektron siqnallara müdaxilə hallarında hədəflərin müəyyənləşdirilməsi və idarə olunması süni intellekt tərəfindən təmin olunur.

Bildirilir ki, gələcəkdə bu sistemin NATO-nun şərq sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır. Məqsəd mümkün təhlükələrə qarşı əlavə müdafiə səddi yaratmaqdır. “Merops” kompleksi həmçinin kritik infrastruktur obyektlərinin qorunmasında da istifadə oluna bilər.

Seçilən
42
teleqraf.com

1Mənbələr