Toyuq tikəsini sağlamlığa zərər vermədən ayda iki dəfədən çox yemək olmaz.
Redaktor.az xəbər verir ki, bu haqda Dmitri Bıstrov xəbərdarlıq edib.
Onun sözlərinə görə, toyuq tikələrində çoxlu miqdarda doymuş yağ və transyağlar var ki, bu da ürək-damar xəstəlikləri və artıq çəki riskini artırır. Bundan əlavə, tərkibindəki duzun çoxluğu yüksək təzyiq və böyrək problemlərinə səbəb ola bilər.
“Toyuq tikəsi üçün istifadə edilən toyuq filesinə buğda, soya unu, dərilər, sümüklər və digər əlavələr qatılır. Bəzi nümunələrdə sümük parçaları aşkarlanıb ki, bu da keyfiyyətsiz, az zülallı ətin istifadə olunduğunu göstərir,” - deyə mütəxəssis bildirib.
Texnoloqun sözlərinə görə, bəzi növlərdə içlik kimi pendir deyil, bitki mənşəli yağ istifadə olunur. Belə məhsulların müntəzəm qəbulu orqanizmdə vacib maddələrin çatışmazlığına və ümumi sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Bıstrov alternativ variant kimi toyuq tikəsini evdə hazırlamağı tövsiyə edib: “Ev şəraitində yalnız təzə toyuq filesi, yumurta, un və seçdiyiniz panir istifadə olunur. Onları az miqdarda yağla tavada və ya sobada — demək olar ki, yağsız - bişirmək mümkündür.”
Aytəkin TOFİQQIZI