AZ

ABŞ Karib dənizində daha bir gəmini vurdu Video

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset özünün X səhifəsində məlumat yayıb.

“Gəmidə olan üç narko-terrorçu öldürülüb. Bütün narko-terrorçulara səslənirəm: əgər yaşamaq istəyirsinizsə, narkotik daşımayın. Əgər ölümcül narkotik daşımağa davam etsəniz, sizi öldürəcəyik”, - Heqset yazıb.

Vaşinqtonun mübahisəli anti-narkotik əməliyyatında ölənlərin ümumi sayı 70 nəfərə çatıb.

ABŞ bu hücumlara sentyabrın əvvəlində başlayıb. İndiyədək 18 gəmi məhv edilib. Vaşinqton hələlik bu hədəflərin narkotik daşıdığına və ya ABŞ-a təhlükə yaratdığına dair sübut təqdim etməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
axar.az

1Mənbələr