AZ

BMT Şaraya qarşı sanksiyaları ləğv etdi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi Ağ Evə səfəri ərəfəsində ABŞ-ın Suriya prezidenti Əhməd Şəra və daxili işlər naziri Ənəs Hattaba qarşı sanksiyalarının ləğvini tələb edən qətnamə qəbul edib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Suriya prezidenti Əhməd Şəranın bazar ertəsi, noyabrın 10-da Ağ Evə səfəri öncəsi BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi, Şəra və daxili işlər naziri Hattaba qarşı sanksiyaların ləğvini tələb edən qətnamə qəbul edilib.

BMT Təhlükəsizlik Şurasının 14 üzvü qətnaməyə “hə” deyə səs versə də, Çin bitərəf qalıb.

Qətnamədən sonra çıxış edən ABŞ-ın BMT-dəki səfiri Mike Waltz, "Bu qətnamənin qəbulu ilə Şura Suriyanın yeni bir dövrdə olduğunu qəbul edən güclü siyasi mesaj verir" deyən BMT Təhlükəsizlik Şurasının üzvlərinə təşəkkür edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
42
turkustan.az

1Mənbələr