AZ

"Çıraq" yatağından hasil edilən neft və qazın həcmi açıqlandı

BAKI, 7 noyabr. TELEQRAF

Noyabrın 1-ə qədər "Çıraq" yatağından 106,8 milyon ton neft, 24,7 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, cari ildə “Çıraq” platformasında ümumi hasilat təqribən gündə orta hesabla 21 min barrel təşkil edib.

Qeyd edək ki, Azərbaycan neft sənayesinin simvollarından sayılan Çıraq platformasından ilk neft hasilatına başlanılmasından 28 il ötür. “Çıraq”, Azəri Çıraq Günəşlidən ilk neft hasil edən platformadır.

Seçilən
36
5
teleqraf.com

6Mənbələr