AZ

Milo Sedaratı Detroytdakı saxlanıb KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ hakimiyyəti iranəsilli amerikalı şair Rocer Sedaratın 19 yaşlı oğlu Milo Sedaratı Detroytdakı barlarda partlayış törətməkdə ittiham edərək saxlayıb.

KONKRET.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

Milonun atası Rocer Sedarat tanınmış İran-Amerika şairi və Nyu-York şəhərindəki Kvins Kollecinin professorudur. Məlumata görə, onunla birgə Montklerdən olan 19 yaşlı Tomas Kaan Guzel də saxlanılıb.

Saxlanılmalar Federal Təhqiqat Bürosu (FTB) və Nyu-York Polis Departamentinin Kəşfiyyat Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində baş tutub.

Hakimiyyət orqanları şübhəlilərin 2015-ci ildə İŞİD-in Parisdəki hücumlarını təkrarlamaq niyyətində olduqlarını bəyan ediblər. Polis mənbələri bildiriblər ki, Guzel FTB-nin Detroytdakı digər şübhəlilərin evlərinə etdiyi basqınları öyrəndikdən sonra səfərə çıxmaq istəyib.

Basqınlar zamanı üç “AR-15” tipli tüfəng, iki ov tüfəngi, dörd tapança və 1600-dən çox patron, eləcə də taktiki jiletlər, “GoPro” kameraları və döyüş ləvazimatları da daxil olmaqla bir neçə odlu silah aşkar edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
konkret.az

2Mənbələr