"Qarabağ"ın Premyer Liqada "Neftçi" ilə keçirəcəyi oyunun biletləri satışa çıxır. ️
Fanat.Az xəbər verir ki, XI turda "Neftçi" ilə baş tutacaq oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.
"iTicket.az"-da onlayn satış ilə yanaşı, oyun günü həm də “Azərsun Arena”nın kassasından bilet əldə etmək mümkündür.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Qeyd edək ki, noyabrın 9-da "Azərsun Arena"da keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 18:44-də start veriləcək.