Pakistanın Baş naziri Şahbaz Şərif 7-8 noyabrda Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Publika.az-a Pakistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat verir.
XİN-də qeyd ediblər ki, Azərbaycana səfəri çərçivəsində Ş.Şərif Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.