AZ

AQTA: Binəqədidə un məmulatlarının emalı müəssisəsində normativ tələblər pozulub

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakının Binəqədi rayonunda G.Ramazanov küçəsində fiziki şəxs Şahnaz Nurəddin qızı Vəliyevaya məxsus un məmulatlarının emalı müəssisəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahəsində divar, döşəmə və tavan səthlərinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan işçi masanın dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisədə emal prosesi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
105
2
azertag.az

3Mənbələr