AZ

Müharibə iştirakçılarına 206 mindən çox tibbi xidmət göstərilib -

2025-ci ilin ilk 9 ayı ərzində Vətən müharibəsi iştirakçılarına 206 mindən çox tibbi xidmət göstərilib.Metbuat.az xəbər verir ki, TƏBİB tərəfindən Vətən müharibəsində şəhid olan insanlarımızın ailə üzvlərinin, eləcə də Vətən müharibəsiiştirakçılarının sağlamlığı daim diqqət mərkəzində saxlanılır.
Vətən müharibəsi zamanı şəhid olmuş vətəndaşlarımızın birinci dərəcəli qohumlarının tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili, müvafiq dövlət qurumları ilə birlikdə əlaqəli və çevik xidmətin göstərilməsiistiqamətində görülən işlər davam etdirilir. Belə ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzindətibb müəssisələrinə ümumilikdə 7 043 şəhid ailəsi üzvü38 837tibbi xidmət üçün müraciət edib. Bu müraciətlər əsasında şəhid ailəsiüzvlərinə142 122müxtəlif adda tibbi xidmət göstərilib.Vətən müharibəsi iştirakçılarının tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili nəticəsi olaraq 2025-ci ilin ilk 9 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 10 805 müharibə iştirakçısı 68 373 tibbi xidmət üçün müraciət edib. Bu müraciətlər əsasında onlara 206 614 müxtəlif adda tibbi xidmət göstərilib.Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik, radioloji və s. kimi istiqamətlərdə olub.Qeyd edək ki, hər iki həssas əhali qrupundan TƏBİB-in “815”, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı Mərkəzindən daxil olmuş ümumilikdə 1212müraciət araşdırılaraq cavablandırılıb. Əlavə edək ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində şəhid ailələri və müharibə iştirakçıları ilə iş üzrə 161 nəfər koordinator çalışır.Koordinatorların əsas vəzifəsi tibb müəssisəsinə müraciət edən şəhid ailə üzvləri və müharibə iştirakçılarının müraciətinin ilk olaraq növbəsiz şəkildə qeydiyyata alınması, ixtisaslı həkim müayinəsinin aparılması, həkim təyinatı əsasında instrumental və laborator müayinələrdən növbəsiz keçirilməsinin təmin edilməsi, alınacaq tibbi xidmətin dövlət tibb müəssisələrində olmadığı halda müqaviləli özəl tibb müəssisələrinə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göndərişlə təmin olunmasına dəstək göstərilməsi, şəhid ailələri və əlilliyi olan müharibə iştirakçılarının dərman təminatının aparılması üçün “YAŞAT” fonduna təqdim olunacaq sənədlərin hazırlanmasına dəstək göstərilməsindən ibarətdir.

Həmçinin koordinatorlar tərəfindən müəyyən vaxt intervalı gözlənilməklə Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə mütəmadi zənglərin olunması, bu zənglərə əsasən tibbi xidmətə ehtiyacı olanların vaxtında müayinə və müalicə prosedurlarına cəlb olunması təmin edilib.

Seçilən
33
9
metbuat.az

10Mənbələr