AZ

Milli Məclis komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi müzakirə olunur

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti vədövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya iləmübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgəiclası keçirilir.

Trend xəbərverir ki, iclasda gündəlikdə olan bir məsələ - “AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi haqqında” AzərbaycanRespublikası qanununun layihəsi müzakirə ediləcək.

Məlumat üçün bildirək k, Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 850712,0 min manat, yerli gəlirləri 758 288,0 min manat,mərkəzləşdirilmiş xərcləri 40 944 465,0 min manat, yerli xərcləri759 135,0 min manat) məbləğində proqnozlaşdırılır.

Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 16910 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan məbləğ 334 400000,0 manat, yerli xərclər 759 135 000,0 manat, gəlirlərin yerlixərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilənhissəsinin aşağı həddi 15 817 312 000,0 manat, yerli gəlir vəxərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılmasınəzərdə tutulan vəsaitin yuxarı həddi 847 000,0 manat məbləğindəproqnozlaşdırılır.

Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlətborclanmasının yuxarı həddi (limiti) 2 000 000,0 min manat, xaricidövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manattəsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərininməbləğinin yuxarı həddi (limiti) 3 000 000,0 min manat məbləğindəproqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manatməbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsiözəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xariciborclanma, 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinəhesabının sərbəst qalığı) hesabına həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 16 902226,6 min manat məbləğində müəyyən ediləcək.

Seçilən
25
5
az.trend.az

6Mənbələr