AZ

Qəddafinin oğlu həbsdən azad edildi

The Libya Observer və Libya Review nəşrlərinin Liviyanın hökumətinə istinadən verdiyi məlumata görə, Livan hakimiyyəti Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin ölkəyə giriş qadağasını və onun 11 milyon dollarlıq girov qərarını ləğv edərək azad edib.

Vətəninfo.az xəbər verir ki, Liviya hökuməti bildirib ki, Hannibal Qəddafinin azadlığa buraxılması ölkənin diplomatik səylərinin nəticəsidir. Rəsmi açıqlamada qeyd olunub ki, Liviya vətəndaşının ləyaqətini qorumaqla, məsələ hüquqi və humanitar çərçivədə həll olunub.

Libya Review nəşrinin məlumatına əsasən, Qəddafinin azadlığa çıxması Liviyanın rabitə və siyasi məsələlər üzrə dövlət naziri Valid əl-Lafinin rəhbərlik etdiyi nümayəndə heyətinin Livana səfərindən bir neçə gün sonra baş verib.
Liviyalı yüksək vəzifəli məmurlar 1978-ci ildə livanlı İmam Musa əs-Sədrin yoxa çıxması ilə bağlı istintaqa dair rəsmi sənədləri Livan tərəfinə təqdim ediblər. Məlumatlara görə, bu hadisə uzun illər davam edən hüquqi mübahisənin həllində dönüş nöqtəsi sayılır.

Hannibal Qəddafi 2015-ci ilin dekabrında Livan imamı və siyasətçisi Musa əs-Sədrin itkin düşməsi işi ilə əlaqədar Livan hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Qəddafi bildirib ki, o, Suriyadan qaçırılaraq qanunsuz şəkildə Livana gətirilib və həmin vaxt cəmi üç yaşı olduğu üçün Musa əs-Sədrin yoxa çıxması barədə heç bir məlumatı yoxdur.

Seçilən
48
veteninfo.az

1Mənbələr