AZ

“Qalatasaray”ın sabiq futbolçusu 31 yaşında karyerasını bitirdi

Fransa millisinin sabiq müdafiəçisi Leo Dyubua 31 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Artıq səhifəni çevirməyin vaxtıdır. Peşəkar futbolda keçirdiyim illərdən sonra bu həyat mərhələsini bitirirəm. Ana, ata, sizə təşəkkür edirəm. 13 yaşımda arzuma doğru getməyimə şərait yaratdığınız üçün minnətdaram. Arzumu reallaşdırmaq, ən gözəl stadionlarda oynamaq, güclü komandaları təmsil etmək və inanılmaz insanlarla eyni paltardəyişmə otağını bölüşmək mənim üçün xoşbəxtlik idi.

Futbol mənə hər şeyi verdi. Məni intizama, iradəyə, dözümlülüyə və sərhədləri aşmağa öyrətdi. Mənə heç vaxt unutmayacağım hisslər bəxş etdi. Bu yolda mənimlə olan hər kəsə ürəkdən təşəkkür edirəm. Sağ ol, futbol” – deyə Leo yazıb.

Onun son klubu Türkiyənin “Eyüpspor” komandası olub. Türkiyə klubu ilə müqaviləsi yayda başa çatıb. Daha əvvəl o, “Qalatasaray”, “İstanbul Başakşəhər”, “Lion” və “Nant” klublarında çıxış edib.

Seçilən
26
publika.az

1Mənbələr