Bakı, 7 noyabr, AZƏRTAC
Yaponiya hökuməti Pekinin 2023-cü ildə idxalına qadağa qoymasından sonra ilk dəfə olaraq Çinə dəniz məhsulları daşınmasını bərpa edib.
AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, idxala qadağa qoyulmasının səbəbi Fukuşima Atom Elektrik Stansiyasından (AES) radioaktiv tullantı sularının dənizə buraxılması olub. Daha sonra hər iki ölkə bu ilin iyun ayında Yapon dənizi məhsullarının idxalının tədricən bərpa ediləcəyinə dair razılığa gəliblər.
Bildirilib ki, idxal üçün yapon ixracatçılar öz obyektlərini Çinin dövlət qurumlarında qeydiyyatdan keçirməli və balıqçılıq məhsullarını göndərməzdən əvvəl radioaktivlik yoxlaması üçün sertifikatlar təqdim etməlidirlər.
İndiyədək yalnız üç obyektin ixracına icazə verilib, daha yüzlərlə obyektin qeydiyyatı gözlənilir.