Bakı. Trend:
Prezident İlham Əliyevin Azərbaycan dilinin təmizliyi vəsaflığının, ədəbi dilin qorunub saxlanmasının vacibliyi ilə bağlıdəyərli fikirləri, habelə 10 il əvvəl qaldırdığı bu məsələyəyenidən diqqət çəkməsi dövlət rəhbərliyinin bu sahəyə nə qədərhəssas yanaşdığını və necə önəm verdiyini göstərir. Bu, son 10 ildəgörülən işlərə baxmayaraq, vəziyyətin hələ də tam qənaətbəxşolmadığını deməyə əsas verir.
Trend xəbərverir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilininnormalarının düzgün tətbiqi” mövzusunda konfransda AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının Qeyri-hökuməttəşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə işsektorunun müdiri Kamran Həsənov deyib.
O bildirib ki, ədəbi dilin qorunması istiqamətində bir çox vacibaddımlar atılıb:
“Bu müddət ərzində Azərbaycanda qanunvericilik bazasıtəkmilləşdirilib. 2002-ci ildə Azərbaycan Respublikasının “Dövlətdili haqqında” Qanunu qəbul olunub və bununla dilin saflığınınqorunması, xarici təsirlərdən mühafizəsi üçün hüquqi çərçivəyaradılıb. Dövlət proqramları və tədbirlər planları çərçivəsindəAzərbaycan dilinin düzgün istifadəsinə nəzarət və təşviq ilə bağlımüxtəlif qərarlar qəbul olunub. Məktəb və universitetlərdəAzərbaycan dilinin ədəbi normalarının öyrədilməsinə xüsusi diqqətyetirilir”.
Kamran Həsənov qeyd edib ki, Azərbaycan dilinin beynəlxalqmüstəvidə və müxtəlif qlobal platformalarda təbliği yüksəksəviyyədə dəstəklənir:
“Lakin Azərbaycan dili qloballaşma, texnoloji inkişaf və xaricitəsirlər kimi çağırışlarla da üz-üzədir. Qloballaşma günümüzünreallığıdır və digər sahələrdə olduğu kimi dilin özünəməxsusluğununqorunmasına da təsir göstərir. Düşünürəm ki, qloballaşma ilə dilinsaflığının qorunması arasında balans yaratmaq mümkündür. Yeniterminlər dilimizin saflığına zərər də vura bilər, əksinə onuzənginləşdirə də bilər. Mediada xarici sözlərin yersiz işlədilməsiədəbi dilin normalarını pozur, gənclərin dil mühitinə mənfi təsirgöstərir. Buna görə yeni terminlərin dilimizə gətirilməsində,dilimizin zənginliyinin və orijinallığının qorunmasında medianın vəjurnalistlərin üzərinə böyük məsuliyyət düşür”.