AZ

Kamran Həsənov: “Ədəbi dilin qorunması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda konfrans keçirilib.

Tədbirin açılışını Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov edib.

Kamran Həsənov çıxışında bildirib ki, mövzu bu gün üçün olduqca aktualdır. Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycan dilinin saflığının və təmizliyinin milli mənsubiyyətin əsas amillərindən biri olduğunu vurğulayıb:

"Ədəbi dilin qorunması Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdəndir. 2002-ci ildə qəbul edilən chr("39")Azərbaycan dili haqqındachr("39") Qanun və sonrakı normativ sənədlər dövlət orqanlarında və ictimai yerlərdə dilimizin düzgün istifadəsini təmin etməyə yönəlib."

Kamran Həsənov qeyd edib ki, qloballaşma və texnologiyaların sürətli inkişafı fonunda Azərbaycan dilinin saflığının qorunması vacib məsələdir.

"Mediada xarici sözlərin həddindən artıq işlədilməsi dilimizi zəiflədir. Gənc nəslə ana dilinə sevgini aşılamaq, ədəbi normalara əməl etmək əsas prioritetlərdəndir," - deyə o vurğulayıb.

O, həmçinin bildirib ki, ədəbi dil təkcə ədəbiyyat üçün deyil, həm də media və gündəlik ünsiyyət üçün mühüm əhəmiyyət daşıyır. Kamran Həsənov ümid etdiyini bildirib ki, keçirilən konfrans bu istiqamətdə praktik nəticələrin əldə edilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr