AZ

Luvr Muzeyinin yenilənməsi 1,15 milyard avroya başa gələcək

Yazını böyüt
Yazını kiçilt

Fransa Prezidenti Emmanuel Makronun 2025-ci ilin yanvarında elan etdiyi Luvr muzeyinin yenilənməsi layihəsinin dəyəri əvvəlcədən nəzərdə tutulan 700–800 milyon avro əvəzinə 1,15 milyard avro təşkil edəcək.

Hafta.az xəbər verir ki, bu barədə Fransa Hesablama Palatasının oktyabr ayında muzeydə baş vermiş oğurluq hadisəsi və onun təhlükəsizlik sistemində aşkar olunan çatışmazlıqları nəzərə almaqla hazırladığı hesabatda qeyd olunur.

Fransa Hesablama Palatasının sədri Pyer Moskovisi hesabatın dərcinə həsr olunmuş mətbuat konfransında çıxış edərək bildirib ki, oktyabrın 19-da törədilmiş oğurluq “güclü həyəcan siqnalı” olub və muzeyin təhlükəsizliyinə yönəldilən investisiyaların kifayət qədər olmadığını açıq göstərib.

Onun sözlərinə görə, texniki avadanlıqların və təhlükəsizlik sisteminin modernləşdirilməsi prosesi çox ləng aparılır, Luvr rəhbərliyi isə binanın texniki vəziyyətinin qorunması və təmir işləri əvəzinə daha çox muzeyin zahiri görkəminin yenilənməsi və cəlbediciliyinin artırılmasına, o cümlədən yeni sənət əsərlərinin alınmasına üstünlük verib.

2025-ci ilin yanvarında Prezident Emmanuel Makron “Luvrun yeni intibahı” adlı yenilənmə proqramını elan etmişdi. Layihənin maliyyələşdirilməsi Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn turistlər üçün bilet qiymətlərinin artırılması hesabına təmin olunmalı idi.

Seçilən
11
5
hafta.az

6Mənbələr