AZ

2026-cı ilin büdcəsi parlament komitələrinin birgə müzakirəsində

Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclası keçirilir.

Hafta.az xəbər verir ki, iclasda gündəlikdə olan bir məsələ - "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə ediləcək.

Məlumat üçün bildirək ki, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703.6 milyon manat məbləğində proqnozlaşdırılıb.

Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 16 910 000 000 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan məbləğ 334 400 000 manat, yerli xərclər 759 135 000 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 15 817 312 000 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 847 000 manat məbləğində proqnozlaşdırılır.

Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti)iki milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) altı milyard manat təsdiq edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) üç milyard manat məbləğində proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94 milyon 600 min manat məbləğində təsdiq edilib. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 16 milyard 902 milyon 226.6 min manat məbləğində müəyyən ediləcək.

Seçilən
9
5
hafta.az

6Mənbələr