AZ

Çin üçüncü təyyarədaşıyıcı gəmisi olan “Fujian”ı istifadəyə verib

Çin rəsmi olaraq üçüncü "Fujian" təyyarədaşıyıcı gəmisinı istismara verib. Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Haynan adasındakı Sanya şəhərinin hərbi-dəniz limanında keçirilən təntənəli mərasimdə iştirak edib. Bu barədə Çinin Mərkəzi Televiziyası (ÇMT) məlumat yayıb.

Kanalın məlumatına görə, “Fujian” Çinin müasir elektromaqnit katapultla təchiz olunmuş ilk təyyarədaşıyıcı gəmisidir ki, bu da onun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Ekspert Lan Şunjenq qeyd edib ki, yeni texnologiyaların tətbiqi Çinin təyyarədaşıyıcı gəmisi donanmasının əsas çatışmazlıqlarını aradan qaldırıb.

Əvvəllər ABŞ-ın “Fujian”ın iddia edilən gücündən narahat olduğu bildirilirdi. Bu, ABŞ-dan kənarda inşa edilən 80.000 tondan çox su tutumu olan ilk təyyarədaşıyıcı gəmisidir. Elektromaqnit katapultu sayəsində Çin mütəxəssisləri onun göyərtəyə buraxılış səmərəliliyinin hətta Amerikalı həmkarlarından daha yüksək olduğunu iddia edirlər.

Almaz Həsənli

Seçilən
35
oxumeni.az

1Mənbələr