AZ

Tramp: “Azərbaycan və Ermənistan ona mənim adımı verdi”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi dünyanın iqtisadi cəhətdən əhəmiyyətli bir bölgəsindən keçən nəqliyyat dəhlizidir. 

Bu, Xəzər dənizində ticarət fəaliyyətinin artmasına təkan vermək və Orta Asiya ölkələrinin inkişafını təşviq etmək üçün nəzərdə tutulub". 

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp C5+1 görüşündə bildirib.

Trampın sözlərinə görə, bu marşrutun həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında tarixi razılaşma sayəsində mümkün olub.

"Bu tarixi razılaşma yeni bir "Tramp Marşrutu"nun yaradılmasını nəzərdə tutur. Bu möhtəşəmdir. Azərbaycan və Ermənistan ona mənim adımı veriblər və mən bunu həqiqətən qiymətləndirirəm. 

Bu, həqiqətən də böyük bir nailiyyətdir. Yeni “Tramp Marşrutu” beynəlxalq sülhə aparan bir yoldur. O, iqtisadi cəhətdən əhəmiyyətli bir bölgədən keçir və Orta Asiya xalqlarına kömək edərək Xəzər dənizi üzərindən ticarəti təşviq edəcək”. 

Tramp əmindir ki, bu gün burada olan hər bir ölkə sülhün təklif etdiyi imkanlardan yararlana biləcək.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
cebheinfo.az

2Mənbələr