AZ

Məktəblilər texnologiya sahəsində – “Code Hour Challenge”a böyük maraq göstərirlər

Azərbaycan məktəbliləri arasında rəqəmsal bacarıqların inkişafına yönəldilmiş genişmiqyaslı təhsil təşəbbüslərindən biri olan “Məktəblilərarası Milli Hakaton - 2025” uğurla davam edir.

Elm və Təhsil Nazirliyindən TƏHSİL.BİZ-ə bildirilib ki, bu təşəbbüs çərçivəsində həyata keçirilən “Code Hour Challenge” üzrə “Süni intellekt” və “İnformasiya təhlükəsizliyi” mövzularında tapşırıqlar təqdim olunub.

Yarışın ilk həftəsində 83 şəhərdən 190 minə yaxın şagird qeydiyyatdan keçib. Qeydiyyat prosesi noyabrın 27-dək davam edəcək.

“Code Hour Challenge” şagirdlərə informasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərini artırmaq, texnoloji düşüncə tərzini formalaşdırmaq və uğurlu iştiraklarına görə sertifikatla təltif olunmaq imkanı yaradır.

Kütləvi mərhələdə iştirak etmək üçün şagirdlər codehour.edu.az portalı üzərindən qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş iştirakçılar isə mövcud hesabları ilə daxil olaraq layihəyə uğurla davam edə bilərlər.

 

Seçilən
4
1
tehsil.biz

2Mənbələr