AZ

Azərbaycanla enerji əməkdaşlığı Aİ məqsədlərlərinə mühüm töhfə verir - Avrokomissar

Bakı. Trend:

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığıAİ-nin “REPowerEU” planında nəzərdə tutulan, Rusiya mənşəli qaz dadaxil olmaqla, idxal olunan fosil enerji resurslarından asılılığınaradan qaldırılması məqsədinə mühüm töhfə verir.

Trend xəbər verirki, bunu Avropa İttifaqının Enerji və mənzil tikintisi məsələləriüzrə komissarı Dan Yorgensen Avropa Parlamentində səsləndirilənsuala yazılı cavabında bildirib.

“2021-ci ildən bəri Cənub Qaz Dəhlizi (CQD) vasitəsiləAzərbaycanın Aİ-yə qaz tədarükü 40 faizdən çox artıb. Vacib məqamondan ibarətdir ki, CQD birbaşa yalnız Azərbaycan qaz yataqları iləəlaqəlidir və ölkənin milli qaznəqliyyat sistemi ilə inteqrasiyaolunmayıb. Buna görə də o, Rusiya qazının Aİ-yə nəqli üçün istifadəedilmir,” - deyə Yorgensen vurğulayıb.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycan daxili istehlakməqsədi ilə Rusiyadan 1 milyard kubmetrdən az təbii qaz idxaledib.

“Bu idxal həcmi 2024 və 2025-ci illərdə kəskin şəkildə azalıb.Eyni zamanda, Azərbaycanın ümumi təbii qaz ixracı 2024-cü ildə 25milyard kubmetrdən çox olub ki, bunun da təxminən yarısı Aİbazarına yönəlib. Bu göstəricilər arasındakı fərq miqyas fərqiniaçıq şəkildə nümayiş etdirir,” - Avropa komissarı əlavə edib.

Yorgensen həmçinin vurğulayıb ki, Avropa İttifaqı Ermənistan vəAzərbaycan arasında dayanıqlı sülhün qurulmasını fəal şəkildədəstəkləməyə davam edir.

“Hər iki ölkə münasibətlərin tam normallaşması istiqamətindəirəliləyişini davam etdirməsi son dərəcə vacibdir. Bu kontekstdə Aİ2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycanarasında ikitərəfli sülh sazişinin mətni üzrə paraflanmanı yüksəkqiymətləndirir. Bu hadisə uzun illər davam edən münaqişənindayandırılması işində əhəmiyyətli bir irəliləyiş oldu. Aİ Vaşinqtonrazılaşmalarının gerçəkləşdirilməsinə dəstək göstərməyə hazırdır,”– deyə o qeyd edib.

Seçilən
31
az.trend.az

1Mənbələr