FIFA 2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını təqdim edib.
Sportinfo.az xəbər verir ki, siyahı qurumun rəsmi saytında dərc olunub.
Xatırladaq ki, 2024-cü ildə bu mükafat “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Juniora verilmişdi. Həmin ilin “Qızıl top” sahibi Rodri isə səsvermədə ikinci yeri tutmuşdu.
2025-ci ilin “FIFA ilin futbolçusu” mükafatına namizədlər:
Usman Dembele (Fransa) – PSJ
Əşrəf Hakimi (Mərakeş) – PSJ
Harri Keyn (İngiltərə) – “Bavariya”
Kilian Mbappe (Fransa) – “Real Madrid”
Nunu Mendeş (Portuqaliya) – PSJ
Koul Palmer (İngiltərə) – “Çelsi”
Pedri (İspaniya) – “Barselona”
Rafinya (Braziliya) – “Barselona”
Məhəmməd Salah (Misir) – “Liverpul”
Vitinya (Portuqaliya) – PSJ
Lamin Yamal (İspaniya) – “Barselona”
PSJ-nin fransalı hücumçusu Usman Dembele sentyabr ayında “Qızıl top” mükafatını qazanmışdı və indi “FIFA ilin futbolçusu” adına da əsas namizədlərdən biri hesab olunur.