AZ

Mosul Beynəlxalq Hava Limanına 11 ildən sonra ilk təyyarə eniş edib

İraqın Mosul Beynəlxalq Hava Limanında 11 ildən sonra ilk rəsmi daxili reys həyata keçirilib. 

Missiya.Az xəbər verir ki, hava limanı 2014-cü ildə İŞİD terror təşkilatının Mosulu ələ keçirməsi nəticəsində fəaliyyətini dayandırmışdı.

Mosul valisi Abdulkadir Dahil bildirib ki, “İraq Hava Yollarına məxsus təyyarə ilk rəsmi daxili reys olaraq Mosul Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına enib”.

Qubernator əlavə edib ki, hava limanından İraqın digər əyalətlərinə və dünyanın müxtəlif ölkələrinə uçuşlar təşkil etmək planlaşdırılır və bu, bölgə üçün böyük inkişaf imkanları yaradacaq.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
96
missiya.az

1Mənbələr