AZ

Ukraynanın Jitomir şəhərində Azərbaycanın Zəfər Günü ilə bağlı bilbordlar quraşdırılıb

Ukraynanın Jitomir şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr - Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Həmrəylik Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada nümayiş etdirilən bilbordların üzərində “Azərbaycanın Qələbə Günü” şüarı yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün şəkili əks olunub.

Konqresinin sədri İlqar Məmmədov AZƏRTAC-a bildirib ki, təşəbbüsün məqsədi Ukrayna sakinlərini Azərbaycanın ən yaxın tarixində baş verən əlamətdar hadisələr haqqında məlumatlandırmaq, onlara Azərbaycan xalqının qəhrəmanlığını, birliyini və şücaətini xatırlatmaq, qardaş xalqlarımız arasında dostluğu və qarşılıqlı anlaşmanı möhkəmləndirməkdir.

Bilbordlar Jitomirin əsas “Qələbə” küçəsində, eləcə də şəhərin digər ərazilərində, o cümlədən “Korolova” meydanında, Jitomir Şəhər Şurası və Regional Dövlət Administrasiyasının binalarının yaxınlığında yerləşdirilib.

Bu kampaniya təkcə məlumatlandırıcı deyil, həm də rəmzi xarakter daşıyır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi Ukraynanın da ərazi bütövlüyünü, öz torpağında sülhü bərpa edə biləcəyinə inamı gücləndirir.



Seçilən
27
3
herbiand.az

4Mənbələr