AZ

Hədəflərin reallaşması üçün icra mərhələsində çevik idarəçilik, şəffaflıq və davamlı islahatlar vacibdir Ekspert

ain.az bildirir, 525.az portalına istinadən.

“Qeyri-neft gəlirlərinin artımına fokuslanma iqtisadiyyatın neftdən asılılığının azaldılması baxımından müsbət addımdır. Sosial xərclərin qorunması isə sabitlik və sosial risklərin azaldılması üçün vacibdir. Qlobal neft qiymətləri, xarici iqtisadi şoklar, regionda təhlükəsizlik riskləri proqnozların reallaşmasını çətinləşdirə bilər”.

Bunu iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a söyləyib. O qeyd edib ki, qeyri-neft sektoru artıma doğru gedir, lakin hələ də tam şəkildə neft gəlirlərinin yerini verməyib keçid dövrü uzun ola bilər:

“Bəzi dövlət hüquqi şəxslərinə ayrılan vəsaitlərdə azalma nəzərdə tutulub. Bu da büdcə vəsaitlərinin qənaətinə səbəb olacaq. Məsələn, publik hüquqi şəxslərə ayrılan vəsaitlərin 12 faiz azaldılması planlaşdırılır. Xarici şoklara qarşı çevik fiskal mexanizmlər hazırlanmalıdır - ehtiyat fondu və ya müvəqqəti məhdudlaşdırıcı mexanizmlər kimi. Azərbaycan üçün həm sabitlik dövrünün saxlanması, həm də iqtisadi modelin tədricən çevrilməsi baxımından mühüm dönüş nöqtəsidir. Neft gəlirlərindən asılılığın azaldılması, sosial müdafiənin gücləndirilməsi, müdafiə və regionların bərpasına ayrılan vəsaitlərin artırılması kimi hədəflər 2026-cı il üçün dövlət büdcəsinin əsas xəttini təşkil edir. Lakin bu hədəflərin reallaşması üçün icra mərhələsində çevik idarəçilik, şəffaflıq və davamlı islahatlar vacib olacaq”.

Sevinc QARAYEVA

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
525.az

1Mənbələr