AZ

Zaqatalada kənd təsərrüfatı texnikaları üzrə monitorinqlər keçirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 7 noyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları tərəfindən Zaqatala rayonunun Danaçı, Maqov, Uzunqazmalar və Aşağı Çardaxlar kəndlərində kənd təsərrüfatı texnikalarının texniki vəziyyətinə dair monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib.

Bu barədə AZƏRTAC-a AXA-dan məlumat verilib.

Bildirilib ki, monitorinqin əsas məqsədi kənd təsərrüfatı texnikalarının təhlükəsiz, qənaətcil və düzgün istismarının təmin edilməsi, mövcud texnikaların texniki vəziyyətinin qiymətləndirilməsi, eləcə də mexanizatorların texniki təhlükəsizlik qaydaları və istismar tələbləri barədə məlumatlandırılması olub.

Aparılmış monitorinqlər zamanı ümumilikdə 26 ədəd texnika qiymətləndirilib. Müəyyən olunmuş tələblərə cavab verməyən 4 texnika üzrə inzibati protokol tərtib edilib, 6 texnikaya isə yerində texniki baxış və təhlil aparılıb.

Tədbir çərçivəsində mexanizatorlarla mövcud qaydalar, aşkar edilmiş nöqsanlar və profilaktik tədbirlər barədə maarifləndirici söhbətlər keçirilib, texniki təhlükəsizlik və utilizasiya normaları izah olunub.

AXA bildirir ki, texniki nəzarət, profilaktika və maarifləndirmə istiqamətində bu kimi monitorinqlər mütəmadi şəkildə davam etdiriləcək. Bu tədbirlər texniki nasazlıqlardan irəli gələn risklərin azaldılmasına, istehsalatda təhlükəsizliyin və əməyin mühafizəsinin gücləndirilməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
azertag.az

1Mənbələr